Mənfəət vergisi

Mənfəət vergisi adından da göründüyü kimi sahibkarın vəya hüquqi şəxsin mənfəətindən (gəlir-xərc=mənfəət) ödənilən vergidir.Azərbaycan Respublikasının VM-sinin 105.1-ci maddəsinə əsasən mənfəət vergisi 20%-dir.

Mənfəət vergisini hesablamaq üçün 2 göstəricini hesablamaq lazımdır:

  • Gəlir
  • Xərc

Gəlir dedikdə, VM-sinin 104.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) nəzərdə tutulur.

Xərc dedikdə, Gəlirin əldə olunması üçün çəkilən xərclər nəzərdə tutulur.Bu xərclərə VM-nin 109-cu maddəsində nəzərdə tutulan  Gəlirdən çıxılmayan xərclər nəzərə alınmır.

VM-sinin 106.1.20 maddəsinə əsasən mikro sahibkarlıq subyektləri mənfəətin 75%-dən azaddırlar.