GROWTH Consulting şirkəti olaraq universiteti yeni bitirmiş tələbələri, mühasibatlıq sahəsinə yeni keçmiş vəya keçmək istəyənləri 0-dan nəzəri və praktik dərslərə dəvət edirik. Təlim və təcrübə proqramında siz,mühasibmühasib köməkçisinin nə işlər gördüyünü əyani olaraq öyrənəcək və təcrübə edəcəksiniz.

Mühasibat kurslarında nələr öyrədiləcək ?

Bu Təlim və təcrübə proqramında sizə  təcrübəsiz olaraq işə daxil olarkən nələri bilmək lazimdirsa onlar oyrədiləcəkdir. Belə ki,ilkin olaraq mühasibat ucotu haqqında ilkin anlayışlar,aktiv-passiv,debit-kredit haqqında məlumatlar,EQ-nin növləri, hazırlanması və geri qaytarilması,bank və ƏDV depozit hesabından büdcə,ölkə daxili və ölkə xarici ödənişlərin həyata keçirilməsi,şirkətdə baş verən əməliyyatların 1C proqramına daxil edilməsi,alış-satış,bank mədaxil və məxariclərinin proqrama işlənməsi,1 C proqramında ilkin sınaq balansının qurulması,1C proqramından istifadə edərək ƏDV,sadələşdirilmiş və ÖMV hesabatının təqdim edilməsi öyrədilir.


Mühasibat kurslarının planı

Siz dərslərdə yalnız nəzəri biliklərə deyil eyni zamanda öyrəndiklərinizi praktik olaraq icra edəcəksiniz.Təlim və Təcrübə proqramı həftədə 5 dəfə olmaqla toplam 10 saat keçirilir.4 saat nəzəri bilik və 6 saat təcrübə keçirilir. Kursun sonunda siz sərbəst olaraq muhasib,mühasib köməkçisi kimi işləyə biləcək və iş tələblərinə cavab verə biləcəksiniz.


Mühasibat kursları kimlər üçündür? 

  • Mühasiblər;
  • Mühasibatlıq sahəsində iş axtaran və işə yeni başlayanlar;
  • Mikro və kiçik sahibkarlar;
  • Bu sahədə özünü inkişaf etdirmək istəyən digər şəxslər.


Mühasibat kursunun faydaları: 


  • Mühasibat və vergi uçotu sahəsində biliklər əldə edəcəksiniz;
  • Nəzəri biliklərinizi praktikada tətbiq etmək imkanı qazanacaqsınız;
  • Mühasibin gördüyü işlərlə tanış olacaq, hesabatların hazırlanmasını praktiki şəkildə öyrənəcəksiniz.