Sahibkarlıq subyektlərinin meyarları

Azərbaycan Respublikasının Nazirlər kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarına əsasən “Sahibkarlıq subyektlərinin meyarları” müəyyənləşdirildir.Bu meyarlar 4 kateqoriyaya ayrılır.

·Mikro sahibkarlıq

·Kiçik sahibkarlıq

·Orta sahibkarlıq

·İri sahibkarlıq

Bu sahibkarlıq kateqoriyaları müəyyənləşdirilərkən 2 göstərici əsas götürülür:

·İşçi sayı

·İllik dövriyyə

Sahibkarlıq subyektlərinin kateqoriyalara bölünməsi meyarları aşağıdakı cədvəldəki kimi müəyyənləşdirilir:

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları

İşçilərinin orta siyahı sayı

(nəfər)

İllik gəliri (ig)

(min manat)

Mikro sahibkar

1 - 10

ig ≤ 200

Kiçik sahibkar

11 - 50

200 < ig ≤ 3 000

Orta sahibkar

51 - 250

3 000 < ig ≤ 30 000

İri sahibkar

251 və ondan yuxarı

30 000 < ig


Qeyd:

1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı