İCBARI TİBBİ SIĞORTA

İcbari tibbi sığorta üzrə əmək haqqından tutulma məbləqləri İcbari Tibbi Sığorta haqqında qanuna əsasən tənzimlənir.Belə ki, İcbari Tibbi Sığorta haqqında qanunun 15-2.3.1 və 15-2.3.2 bəndində nəzərdə tutulan şəxslər üçün sığortalı və sığortacı tərəfində əmək haqqının 2% məbləğində sığorta haqqı tutulur.

2022-ci ilin 01 yanvar tarixinə kimi 50% güzəşt tətbiq olunur.

Nazirlər Kabinetinin 10 aprel 2020-ci il tarixli 136 saylı qərarına əsasən İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiq 3 mərhələdə aparılır.Ölkə üzrə regional tətbiq ardıcıllığı aşağıdakı kimidir:

1 2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında

2. 2021-ci ilin yanvar ayından etibarən Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında

3.2021-ci ilin aprel ayından etibarən Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında.