Əmək haqqı nece hesablanır?

Əmək haqqından 5 növ tutulmalar mövcuddur.Bunlar aşağıdakılardır:

  1. Gəlir vergisi
  2. DSMF tutulmaları
  3. İşsizlik tutulmaları
  4. Həmkarlar təşkilatına üzvlük haqqları
  5. İcbari tibbi sığorta

İşçinin əmək haqqısından tutulmalarda əlavə işə cəlb edən şirkət də işçi adından DSMF ödənişləri etməkdədir.

Əmək haqqı hesablanması 2 yerə bölünür:

1 Qeyri neft-qaz və özəl sektor

2 Dövlət və neft qaz sektoru

İcbari tibbi sığortanın regionlar üzrə tətbiqi (əmək haqqından tutulması) Nazirlər Kabinetinin 10 aprel 2020-ci il tarixli 136 nömrəli qərarına əsasən nizamlanır. Müvafiq qərarla tanış ola bilərsiz.

Əmək haqqı hesablanması üçün excel sənədi buradan yükləyə bilərsiz


Qeyri neft-qaz və özəl sektor

İşçi hesabına

Şirkət hesabına

     Gəlir vergisi

8000AZN əmək haqqına qədər 0 AZN

8000AZN əmək haqqıdan yuxarı hissənin 14%-i

     DSMF tutulması

200AZN əmək haqqına qədər 6 AZN,200 AZN əmək haqqından yuxarı hissənin 10%-i

    İşsizlik sığortası

əmək haqqının 0,5 %-i

     Həmkarlar ittifaqına

Müəyyən %

     İcbari tibbi sığorta

8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 0,5%

     Gəlir vergisi tutulmur



     DSMF tutulması

 200 AZN əmək haqqına qədər 44 AZN,200 AZN əmək haqqından  yuxarı   hissənin 15%-i

     İşsizlik sığortası

 Əmək haqqının 0,5 %-i

     Həmkarlar ittifaqına

 Müəyyən %

     İcbari sığorta

 8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 0,5%




Neft-qaz və dövlət sektoru

İşçi hesabına

Şirkət hesabına

     Gəlir vergisi

Əmək haqqı (vergiyə cəlb olunan) 2500AZN-ə qədər olduqda (əmək haqqı-200)*14%

Əmək haqqı (vergiyə cəlb olunan) 2500 AZN-dən yuxarı olduqda 350+(əmək haqqı-2500)*25%

     DSMF ayırması əmək haqqının 3%-i

     İşsizlik sığortası 0,5%

     Həmkarlar ittifaqı müəyyən %

     İcbari tibbi sığorta      

8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 0,5%


     Gəlir vergisi hesablanmır





     DSMF ayırması əmək haqqının 22%-i

     İşsizlik sığortası 0,5%

     Həmkarlar ittifaqı müəyyən %

    İcbari tibbi sığorta

8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 0,5%