Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisiriskli əməliyyat aparan şəxslər Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli qərarına əsasən müəyyənləşib.Belə ki ,Riskli vergi ödəyiciləri və riskli əməliyyatlar aparan şəxslərə vergi məcəlləsinə əsasən bir çox məhdudiyyətlər mövcuddur.


Riskli Vergi ödəyicisinin meyarları aşağıdakılardır.

2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;


Məsələn: vergi ödəyicisinin anbarında mal olmadıqda vəya EQ əsasında satdığı mal olmadıqda riskli vergi ödəyicisi qrupuna daxil olur.

2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (о cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);


Məsələn: vergi ödəyicisi istehsal vəya xarici olkədən mal gətirərək ticarət etməklə məşğuldur.Lakin buna əsasən anbarı vəya ofisi yoxdur vəya gətirdiyi (istehsal etdiyi) mal həcmində anbar sahəsi yoxdur.

2. 1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə;


Məsələn: vergi ödəyicisi fəaliyyət növünə uyğun olmayan mallar (lakin şəxsi istifadəsi üçün alınan mallar aid deyil) mal aldıqda riskli vergi ödəyicisi hesab olunur.Belə ki vergi ödəyicisi səhiyyə ilə məşguldursa tikinti materialı satdıqda.

2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda;


Məsələn: vergi ödəyicisi son 6 ayda aldığı (vəya GB əsasən aldığı mallar) malların həcmi son 6 ayda təqdim etdiyi (satdığı) malların həcmində 3 dəfə cox olduqda riskli vergi ödəyicisi hesab olunur.Məsələn son 6 ayda 30 000  AZN mal alıbsa son 6 aydakı satış 10 000 AZN-dən azdırsa riskli vergi ödəyicisi hesab olunur.

2. 1.6. bu Meyarların 2.1.1- 2.1.5 -ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs;

2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs;

2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.



Riskli Vergi əməliyyatlarının meyarları aşağıdakılardır:

1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;


Məsələn: vergi ödəyicisi A malını alıb B malını satdıqda

1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

Məsələn: vergi ödəyicisi aldığı maldan çox mal satdıqda riskli vergi ödəyicisi hesab olunur