Ödəmə mənbəyində vergi-vergi agenti tərəfindən ödəmə anında gəlirlərin (xərclər çıxılmadan) qanunvericiliyə uyğun faizlə (%) vergi tutma mexanizmidir.
Ödəmə mənbəyində verginin növləri vardır.Bunlardan bir neçəsi barədə məlumat verəcəyik:
-fiziki şəxslərlə İcarədən ÖMV -daşınan və daşınmaz əmlakın icarəsindən ÖMV-icarə müqaviləsi bağlanarkən bəzən icarəyə verən şəxs özünə net çatacaq məbləği müqavilədə göstərir. Bu zaman icarə məbləği gross up edilməlidir. Lakin bəzi muhasiblər bu məbləği icarə məbləği kimi götürür. Məsələn icarə məbləği 1000 AZN (icarəyə verən şəxsə catası məbləq) olarsa bu zaman 1000/0,86 bölünməklə icarə məbləği hesablanmalıdır:
İcarəverənə catası məbləq: net 1000 AZN
İcarə məbləği:1000/0.86=1162,92 AZN
ÖMV: 1162,92*14%=1162,92 AZN
-Dividenddən ÖMV- Rezident müəssisə tərəfindən ödənilən divident vergisi-5 %
-Beynəlxalq rabitə və yükdaşıma xidmətləri üzrə ÖMV- 6%
VM-nin 125-1 maddəsinə əsasən güzəştli vergi tutulan ölkələrdə vəya ərazilərdə yaradılmış şəxslərə ödənişlər həyata keçirərkən bu məcəllənin digər müddəalarından asılı olmayaraq 10% ödəmə mənbəyində vergi tutulur.
- Muzdla işləyən şəxslərə ödəniş edən zaman ÖMV
VM-nin 150.3.3 maddəsinə əsasən ödəmə mənbəyində vergi tutan şəxslər ödəmə mənbəyində vergilər barədə hesabatı rüb bitdikdən sonrakı ayın 20-nə qədər müvafiq hesabatı təqdim etməlidir.