Müvəqqəti yaşama icazəsi nədir?

Əcnəbi və vətəndaşlığı olmayan şəxsələrə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə tələb olunur.Müvəqqəti yaşama icazəsi muvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsaslar  olduqda hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.

Əcnəbi və vətəndaşlığı olmayan şəxs müvəqqəti yaşama icazəsinin verilməsi ilə əlaqədar şəxsən və ya qanuni nümayəndələri vasitəsilə müraciət edə bilərlər. Müraciətə müvafiq icra hakimiyyəti orqanın tərəfindən 10 iş günü ərzində rəy verilir.

Əmək fəaliyyəti ilə məşğul olmaq istəyən  əcnəbi və vətəndaşlığı olmayan şəsxlər müvəqqəti yaşama icazəsi ilə yanaşı iş icazəsi də almalıdır.


Daimi yaşama icazəsi 

Miqrasiya məcəlləsində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşamaq icazəsi üçün müraciət edə bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşamaq üçün şəxsən və qanuni nümayəndələri vastəsilə müvəqqəti yaşama icazəsinin bitməsinə 3 ay qalmış müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.


Mənbə:Miqrasiya məcəlləsi 


Paylaş