Qanunvericiliklə müəyyən edilmiş qaydada  və əsaslarla Azərbaycan Respublikasına iş üçün gəlmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslər iş icazəsi və yaşama icazəsi   almalıdır.

İş icazəsi nədir?

Əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya məcəlləsi  ilə müəyyən edilmiş qaydada iş icazəsinin alınması tələb olunur.

İş icazəsinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına iş icazəsinin verilməsi  üçün tələb olunan sənədlər göndərilməlidir. İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər yazılı və elektron müraciət formasında təqdim edilə bilər. Müraciətlərə “Dövlər rüsumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətə baxılır.

İş icazəsi 1 il müddətinə verilir. Əmək müqaviləsinin müddəti 1 ildən az olduqda, İş icazəsinin müddəti müqavilənin qüvvədə olma  müddəti ilə məhdudlaşdırılır. İş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmayan müddətə uzadıla bilər.Verilmiş iş icazəsi ilə şəxs yalnız bir müəsissədə işləyə bilər,həmin iş icazəsi ilə başqa müəssisədə işləməyə icazə verilmir.

Mənbə:Miqrasiya məcəlləsi 


Paylaş