Bildiyimiz kimi VM-nin 106.1.20-ci maddəsinə əsasən işçi sayısı min.3 max. 10 nəfər olan,eyni zamanda dövriyyəsi təqvim ili ərzində 200 000 AZN-ə qədər olan (MDSS üzrə borcu olmayan) hüquqi və fiziki şəxslər mənfəətin 75%-dən güzəşt əldə edirlər. Lakin işçi sayı meyarı bazarda bəzi fərdi fəaliyyət göstərən fiziki şəxslərin bazar rəqabətində uduzmasına gətirib çıxardır. Bu səbəbdən 01 yanvar 2025-ci ildən vergi məcəlləsinə  VM-nə 102.1.30-1 maddəsi ilə konkret fəaliyyət növləri əlavə edildi ki,təqvim ili ərzində dövriyyəsi 45 000 AZN-dək olan,bu fəaliyyət növləri üzrə xidmət göstərən mikro sahibkar fiziki şəxslər üçün işçi meyarının 3 nəfər olması şərti aradan qaldırıldı. Beləliklə təqvim ili ərzində dövriyyəsi 45000 AZN-dək olan aşağıdakı sahibkarlıq xidmətlərini göstərən fiziki şəxslər gəlir vergisinin 75%-dən azaddırlar.Həmin fəaliyyət növləri aşağıdakılardır:

  • proqram təminatının işlənməsi sahəsində xidmətlər;
  • layihə-dizayn və dekorasiya xidmətləri;
  • tərcümə xidməti;
  • reklam xidməti;
  • araşdırma və tədqiqat sahəsində fəaliyyət;
  • elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
  • hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
  • jurnalistlərin fəaliyyəti;
  •  bazar konyukturunun öyrənilməsi;
  • qiymətləndirmə fəaliyyəti;
  • avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
  • turizm bələdçiliyi;
  • xidmətlərin ixracı.





Paylaş