Karantin dövründə işçini işdən azad etmək olarmi?

KoronaVirus (COVID 19) pandemiyası dövründə isçilərin işdən çıxarılması gündəmdə olan suallardan biridir. Belə ki pandemiya dövrü şirkətlərin maliyyə cəhəddən əziyyət çəkməsi, satışların-dövriyyənin aşaği düşməsi şirkətləri böyük sıxıntılara salır.Bu səbəbdən sahibkarlar çıxış yolu kimi işçiləri işdən azad etməkdə, öz hesablarına qeyri müəyyən müddətə məzuniyyətə göndərməkdə görür ki, bu yolla həm əmək haqqı fondunu kiçildir həm də sosial sıgorta ödənişlərini azaldır. Lakin səbəbsiz yerə işçini işdən azad etmək qanuna zidddir və yolverilməzdir. 


Əmək məcəlləsinin 68-ci maddəsinə əsasən işçilər aşağıdakı hallarda işdən azad edilə bilər:

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (qanunvericilikdə nəzərdə tutulan işçilər);

d) tərəflərin iradəsindən asılı olmayan hallar;

e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Əmək Məcəllərinin 68-ci maddəsindən göründüyü kimi işçiləri satışın aşağı olmasından, pandemiyadan, şirkətin işlərinin yaxşı getməməsi səbəbindən işdən azad etmək olmaz.

Şirkət sahiblərinin bir çoxu işçiyə məcburi qaydaya “işdən çıxma ərizəsi” yazdıraraq ƏM 68 a maddəsinə uyğun olaraq işdən çıxardırlar ki bu da işçinin hüquqlarına ziddir.

Karantin rejimi dövründə əmək müqaviləsinə xitam verilmiş çox sayda işçinin işdən çıxarılma səbəbləri araşdırılıb ki,bunlardan da 700-dən çox işçinin yenidən işə bərpası təmin edilib. (mənbə:vergilər.az)