İstilər belə davam edərsə şirkətlərdə iş rejimində dəyişiklik ola bilər mi?

Son günlərdə havaların isti keçməsi və yay fəslinin qarşıda duran isti günlərində şirkətlərin iş rejimi aktual hal alır.Belə ki havaların isti,soyuq  və küləkli keçməsi hallarındakı iş rejimi (fasilələr vəya işin dayandırılması) Əmək Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.

Əmək məcəlləsinin 233-cü maddəsinin 2-ci bəndinə əsasən İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. 

İşin dayandırılmasına  əsas verən hava şəraitinin göstəriciləri barədə Əmək Məcəlləsinin 2 saylı əlavəsində tam detallı olaraq məlumat verilmişdir.

Bir nüansı nəzərdən qaçırtmamaq lazımdır ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin 4-cü bəndinə əsasən Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.