2022-ci ildə qeyri iş günləri necə olacaq?

ƏƏSMN-nin Kollegiyasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə  2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir.Əlavə olaraq həftə ərzində 5 günlük və 6 günlük iş rejimi olan müəssisələrdə aylıq iş günləri haqqında məlumat da verilmişdir.Növbəti cədvəldə baxaraq faydalana bilərisiniz.

1, 2 yanvar

Yeni il bayramı

20 yanvar

Ümumxalq Hüzn günü

8  mart

Beynəlxalq qadınlar günü

20, 21, 22, 23, 24   mart

Novruz bayramı

9 may

Faşizm üzərində Qələbə günü

2, 3 may

Ramazan  bayramı

28 may

Müstəqillik Günü

15 iyun

Milli Qurtuluş  günü

26 iyun

Silahlı Qüvvələri  günü;

9, 10 iyul

Qurban bayramı

8 noyabr

Zəfər Günü

9  noyabr

Dövlət Bayrağı günü

31 dekabr

Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü.


2022-ci ildə iş günlərinin bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində  3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.

Bəs aylıq olaraq iş günlərinin sayı nə qədərdir?

Həftə ərzində 5 günlük və 6 günlük iş rejimi olan dövlət və özəl müəssisələrdə aylıq iş günlərinin sayı aşağıdakı kimidir:

Aylar

5 günlük iş günü rejimində aylıq iş günləri

6 günlük iş günü rejimində aylıq iş günləri

Yanvar

18

23

Fevral

20

24

Mart

17

22

Aprel

21

26

May

18

22

Iyun

20

24

Iyul

19

24

Avqust

23

27

Sentyabr

22

26

Oktyabr

21

26

Noyabr

20

24

Dekabr

22

26











2022-ci il üçün istehsalat təqvimini yüklə (pdf.)

2022-ci il üçün istehsalat təqvimini yüklə (jpeg.) 

2022-ci il üçün aylıq iş günlərinin sayını yüklə (pdf.)

2022-ci il üçün aylıq iş günlərinin sayını yüklə (jpeg.)

faydalanılmış mənbə: www.sosial.gov.az