Biz,həmişə dincəlməyi sevən,istirahət edən bir xalqıq. 2026-cı ilin istehsalat təqviminə baxdıqda təxminən ilin 40%-dən çox  dincəlirik, yəni işləmirik. Daha dəqiq desək, illik 30 gün məzuniyyət hüququnu də nəzərə alsaq, ilin 365 günündən 154 günü evdəyik, dincəlirik. İlin əvvəlindən 1 ilini planlayanlar üçün 2026-cı ildə qeyri iş günlərinin cədvəlini hazırlamışıq. Bayram və qeyri iş günlərini aşağıdakı cədvəllərdə tam aydın şəkildə qeyd olunmuşdur:

Nəzərinizə çatdırırıq ki,bayram günlərindən öncə Nazirlər Kabinetinin qərarı ilə iş günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə iş günləri və qeyri iş günlərinin yeri dəyişdirilə bilər. Bu məqaləmizdə gələcəyə yönəlik hər hansı bir proqnoz nəzərdə tutulmayıb.





1, 2 yanvar

Yeni il bayramı;

20 Yanvar

Ümumxalq hüzn günü;

8  Mart

Qadınlar günü;

20, 21, 22, 23, 24   mart

Novruz bayramı;

20, 21 mart

Ramazan  bayramı;

9  May

Faşizm üzərində qələbə günü;

27, 28 may

Qurban bayramı;

28 May

Müstəqillik Günü;

15 İyun

Azərbaycan xalqının milli qurtuluş günü;

26 İyun

Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

8 Noyabr

Zəfər Günü;                                                 

9  Noyabr

Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

31 Dekabr

Dünya azərbaycanlılarının  həmrəyliyi günü.


2026-cı ildə aylar üzrə iş günlərinin sayı sənədini yükləyin

2026-cı il üzrə istehsalat təqvimini yükləyin

Mənbə: sosial.gov.az



Paylaş