01.01.2026-cı il tarixindən etibarən əmək haqqı necə hesablanacaq?
İşçinin net əmək haqqı necə dəyişəcək?
Şirkətin xərclərində dəyişiklik olacaq mı?
01.01.2026-cı il tarixdən muzdlu işlə əlaqədar gəlirdən tutulan gəlir vergisinə tətbiq olunan güzəşt bitir. Belə ki,01.01.2026-cı il tarixindən etibarən isə az əmək haqqı alan işçilərin əmək haqqısından az, çox əmək haqqı alan işçilərin əmək haqqısından çox fazilə gəlir vergisi tutulacaq. Aylıq əmək haqqı məbləğindən asılı olaraq 2500 manatadək gəlirlər 2026-cı ildən 3%, 2027-ci ildən 5%, sonrakı illərdən isə 7% , 2500-8000 manat aralığında gəlirlər 10 faiz və 8000 manatdan yuxarı gəlirlər isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq.
Muzdlu işlə əlaqədar gəlir vergisindəki dəyişiklikdən əlavə, tibbi sığortanın tutulmasında da dəyişiklik edilmişdir. Belə ki, 31.12.2025-ci il tarixinə qədər 8000 AZN əmək haqqına qədər 2% , 8000 AZN əmək haqqından yuxarı əmək haqqının isə 0,5% tutulurdu. Lakin 01.01.2026-cı il tarixdən 2500 AZN əmək haqqına qədər 2%, 2500 azn əmək haqqından yuxarı hissənin 0,5% tibbi sığorta üzrə tutlmalar olacaqdır.
İndi isə müqayisəli şəkildə aşağıdakı cədvəldə nəzərinizə çatdırırıq.
31.12.2025-ci ilə qədər | 01.01.2026-cı ildən etibarən |
Gəlir vergisi-0% | Gəlir vergisi-2500 azn əmək haqqından 3 %,2500-8000 AZN əmək haqqından 10%,8000 AZN-dən yuxarı əmək haqqı üzrə 14% |
Tibbi sığorta-8000 AZN-dək 2%,8000 azn-dən yuxarı hissənin 0,5%-i | Tibbi sığorta-2500 AZN-dək 2%,2500 AZN-dən yuxarı hissənin 0,5%-i |
VM 102.1.6 maddəsinə əsasən gəlir vergisi 2500 AZN-dək olduqda 200 AZN-lik hissə gəlir vergisindən azaddır